Ay  Bəniz - Kitablar olmasaydı

Ədəbiyyat 11:25 / 10.06.2026 Baxış sayı: 266

"Kitab günü"ndən

 

Kitab oxumaq ilə özünü tanı, anla,

Xəyalını genişlət, düşüncəni sahmanla,

“Kitabsız ədəbiyyat, tarix itər” zamanla.

Bilik müşkül olardı kitablar olmasaydı,

 

Hisslər viran qalardı kitablar olmasaydı.

Belə qida hardadır, nə itir-axtar, nə tap,

Mütaliə eyləyir insanı hazırcavab,

Ruhuna dərman olur oxuduğun hər kitab.

 

Bütün rənglər solardı kitablar olmasaydı,

Hisslər viran qalardı kitablar olmasaydı.

Kitablarla açılır sabaha gedən hər yol,

Çırpın azad quş kimi, arzulara qanad ol,

 

Hər vərəqdə, hər bənddə nura çevril, qəlbə dol.

Zülmət meydan sulardı kitablar olmasaydı,

Hisslər viran qalardı kitablar olmasaydı.

Xəzinə elçisidir, sadiq dostdur kitablar,

 

Onu oxumaqda da, sevməkdə də fayda var.

Yaşadığın dünyada hər çətinlik dərd olar, -

Gözə kölgə salardı kitablar olmasaydı,

Hisslər viran qalardı kitablar olmasaydı.