Zəka Vilayətoğlu : - QOYMUR

Bilirsən, arzular niyə gözəldir?!..
Xəyalı göylərdən enməyə qoymur!
Yandırır qəlbini bir çıraq kimi
Nə gecə, nə gündüz, sönməyə qoymur!
Nur olur ürəyə, nur olur gözə,
yayılır yanağa, yayılır üzə
Saxlayır insanı təzə-tər, təzə,
Qüssəni danışıb dinməyə qoymur!
Doğulur ürəkdə bir işıq kimi
olur ömrə, günə yaraşıq kimi
Sevib könül verən bir aşiq kimi
öluncə əhdindən dönməyə qoymur!
13.06.2025