Yük maşını külə döndü

MƏMLƏKƏT 19:50 / 07.07.2024 Baxış sayı: 1900

Beyləqan rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 kvadratmetr olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və "KamAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, anbar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.