Xəyalə Sevil - Heç kim

Ədəbiyyat 12:31 / 12.07.2025 Baxış sayı: 1295

 

Məni səndən soruşmayacaq.

Nə də heç kim səni məndən.

Nə gözəl ayrılıq oldu.

Dərdi yığdım gözlərimə,

Yanaqlarım qayıq oldu...

Əllərimdən soruşuram

Səni tez-tez,

Gözlərimdən tökülürsən.

Eh! Yenə də bir yol tapıb,

Ürəyimə çəkilirsən.

Elə gücüm də yoxdu,

Ürəyimi bədənimdən yıxam ki...

Bir bəhanə tap, zəng elə,

Elə darıxıram ki...