Xatirə Rəhimbəyli : -Tökülsün

Sən məni arama ,qoy səndən ötrü
Həsrət ürəyimin başı tökülsün .
Sənin xəncərinin qaşı düşməsin,
Mənim gözlərimin yaşı tökülsün.
Sevda gör neylədi fərsiz başlara,
Üzgün ürəklərə, halsiz başlara .
Qoy qara qəlblərə, qoy pis başlara
Sənin həsrətinin daşı tökülsün !
Yamanca öyrəşib daha həsrətə ,
Bu mehri, ülfəti gəlsin lənətə !~
Getməz ki ,könlümdən qəmə minnətə
Yüz ağıllı gəlsin, naşı tökülsün ...