Xatirə Fərəcli: - QAYTAR BU ÜMİDİ

Ədəbiyyat 12:33 / 12.06.2025 Baxış sayı: 981

 

Sən necə anlaya bilərsən məni,

Mən özüm özümü bilə bilmirəm.

Fikrimlə şum vurub, çeşin atıram,

Sökürəm sinəmi niyə, bilmirəm.

Yaşamaq dediyin hal mənlik deyil,

Qaytar bu ümidi, al, mənlik deyil,

Sükut mənlik deyil, qal mənlik deyil,

Niyə gəldim belə Yerə, bilmirəm.

İlləri yellərə verməkdir işim,

Yorub

yollarımı

yorğun yerişim,

Hansı dağa çıxım, dərəni aşım,

Verim belə ömrü selə, bilmirəm.

 

Paylaş