Vasif Süleyman : - BİRCƏ SƏN QALIBSAN, BİR DƏ EŞQ QALIB

Dünyanın o başı nə yaxın imiş,
Gözlərə görünür sonlar, İlahi!
Arxada xatirə, öndə ölüm var,
Heç nəyə yaramır yanlar, İlahi!
Qaytaraq nə varsa yerindir, yerə,
Gah göyə qarışır, gah da sirr, yerə.
Eşqdən yananları topla bir yerə,
Hamı bir-birini anlar, İlahi!
Hamı gedəridi, indi seç, qalıb,
Nələr ödənməli, birə-beş qalıb.
Bircə sən qalıbsan, bir də EŞQ qalıb,
Getdi nə paşalar, xanlar, İlahi!