Vasif Süleyman :- BƏLKƏ

Ədəbiyyat 13:04 / 04.06.2025 Baxış sayı: 1400

 

Gəl görək, neynirik bu dünya ilə,

Yaz deyək, yandıran qışına, bəlkə.

Kimdir çəkən bizi əcəl toruna,

Özümüz keçirik dişinə, bəlkə.

 

Gecikən, tələsən taleyə yarıq,

Elə bu qismətin rəngində varıq.

Bu qara günlərlə gedib çıxarıq,

O ağ gecələrin tuşuna, bəlkə.

 

Qalsa, qalmayacaq, özünə qalsa

Əllisinə qalsa, yüzünə qalsa.

Dağılıb gedəcək özünə qalsa,

Qarışaq dünyanın işinə bəlkə.