Tapdıq Əlibəyli : - DÜNYA ZOR DİLİNDƏ DANIŞIR YENƏ

Ədəbiyyat 08:04 / 14.06.2025 Baxış sayı: 1611

 

Tanrı Quzeyli - Güneyli Azərbaycanımızı qorusun!

 

Dünya “zor dilində” danışır yenə,

Min il də, yüz il də əvvəl beləymiş.

Həqiqət gör necə düşüb düyünə,

Ədalət libasın şər geyinərmiş...

 

Yenə təlatümdə narahat dünya,

Canında, ruhunda iblis kəməndi.

Bənzəyir axarı bulanıq suya,

Durulmur, axdıqca yenə həməndi...

 

Yenə fikrim, ruhum çəkilib dara,

Yaşamaq hər kəsin haqqı deyilmi?..

Rəzalət, sitəmdir baxıram hara,

Qara düşüncələr açmır eynimi...