Şakir Xanhüseyndən BİR ŞEİR
**
elə ağrın var ki,
deyirsən bu, məndə sümükləşib daha...
bax ha,
sümükləşən fikirlər var həm də
beyində, qəlbdə...
illərlə çəkdiyin acı olur, illərlə;
düşünürsən canımda dönüb sümüyə
və
indi gəl, ad qoy da
qanında sümükləşən
qan qaralığına sən!
r