Şakir Xanhüseyn : - GÖTÜRMƏK

GÖTÜRMƏK
demirəm pisi atıb
ancaq yaxşını götürmək;
səndə nə yerinə oturursa,
onu götürmək...
bir addım atırsan e,
ikinciyə maraq yox...
deyirəm insanın yarası ola,
o da
şirin-şirin ağrıya,
daha acıdaraq yox...
ürəyə yatımlını,
gözə xoş dəyəni,
yəni
qəşəngi,
min tikanın içindən
bir çiçəyi götürmək.
bir tikəni,
bir əlcəni,
amma bəzən
ən yenini deyil,
ən köhnəni götürmək...
hərdən bir uşaq sözü də dinləmək,
lap əyilib
o uşağın qoyduğunu götürmək.
əlini hara uzatsan,
ordan sevgi və sayğını götürmək!..
25.05.2025