Sabir Zəkullaoğlu : - Sevgi elə bir şeydir ki

YAZARLAR 14:04 / 06.06.2023 Baxış sayı: 1584

Sevgi elə bir şeydir ki, başın ona nətəhər qarışırsa yaşamaq yaddan çıxır..

Elə bil ki, rahat, komfortlu bir otaqdasan, ancaq bu rahatlıq belə səni darıxdırır..

Bəlkə də sevgi elə darıxmaqdır .

Bəlkə darıxmaqdır sevgi..

Bilmirsən ki..

Pəncərəni açırsan soyuq olur, bağlayırsan isti olur..

Əslində bayırda da gözəl hava var, sadəcə sən bunun fərqində deyilsən, bəlkə də fərqində olmaq istəmirsən..

Bir sözlə, ömrün pəncərənin dəstəyində keçir..