Sabir Zəkullaoğlu : - İslamdan ən çox ziyan görən...

YAZARLAR 11:05 / 26.05.2024 Baxış sayı: 2143

İran İslam Respublikasında yeddinci əsrdən qalma ərəb qanunlarının tətbiqi, məhz Cənubu Azərbaycanda yaşayan 40 milyondan artıq türkün istilasına hesablanmış bir siyasətdir...

Çünki bulanıq suda ov etmək daha asandır.

İslam adı altında güya bu dinə mənsub olan millətlərin bərabər yaşadıqlarını bayraq edərək, əslində azlıqda olmasına baxmayaraq farsların hakimiyyətdəki dominantlığını təmin etmək,

türkləri əsarətdə saxlamaq, zülmə və məhrumiyyətlərə məruz qoymaq, ən adi insani azadlıqlarından məhrum etmək məqsədi daşıyır.

İslam adı altında ən böyük uğurlara ərəblər imza atmışlar. Geniş əraziləri işğal edərək, böyük bir imperiyaya sahib olmuşlar.

Təməli 1400 il əvvəl qoyulmuş möhtəşəm lahiyə - həc ziyarəti kimi ağıllı bir turizm siyasəti bu gün də öz rentabelliyini qoruyub saxlamaqdadır..

Farsların da dindən necə bəhrələndikləri göz önündədir.

İslamdan ən çox ziyan görən millət türk millətdir...