Sabir Zəkullaoğlu : - Bizdə evlənmək mina axtarmaq kimi bir şeydir.

YAZARLAR 12:03 / 03.03.2024 Baxış sayı: 1542

 

Bizdə evlənmək mina axtarmaq kimi bir şeydir. Yəni bir dəfə səhv etmək olur, ikinciyə şans yoxdur.

Təbii ki İstisnalar var, ancaq əsas şüurlarda oturan fikir, ömür gün yoldaşı seçmək fikridir..

Əslində bu məsələdə, baba dövlət, ana vətəndən də çox şey aslıdır.

Gərək dövlət təzə ailə qurmuş insanlara sahib çıxsın. Atalıq qayğısı göstırsin.

Ana da analığını etsin, təzə ailə quran gənclərimizi ağuşuna alsın. Əzizləsin. Bir sot yeri, iki kvadratlıq mənzili övladlarına çox görməsin..

Yaşatsın, insanların sayını çoxaltsın, özü də güclənsin.

İstənilən məsələdə insan faktoru öndə olmalıdır.

Bu dünyada hər bir şeyin sahibi var. Sahib çıxmaq həm də qürurvericidir. Güclü olmağın ğöstəricididir.

Dövlətin gücü onun vətəndaşına nə qədər sahib çıxmasıyla ölçülür.

Bunların heç birisi olmadığı halda, heç olmasa öləndə 2,5 kvadrat metr sahəni pulsuz versin..

Sonuncu məsuliyyət ananın üzərinə düşür..

Uzaqda yox, elə "ayaqlarının altında" dəfn eləsin...