Rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

MƏMLƏKƏT 17:27 / 26.05.2024 Baxış sayı: 2279

 

Mayın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi mayın 25-də ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.