QALİB Şəfahət : - DƏRDİMDƏN BAXDIM
Dərdlərim dərd verir mənə.
Mən sənə dərdimdən baxdım.
Bu dünyanın hayı-küyü,
Mən sənə dərdimdən baxdım.
Dərdim cürüyübdü deyən,
Ay məni qınayan, söyən.
Dərdlərimə boyun əyən,
Mən sənə dərdimdən baxdım.
Bu dərdi sən verdin mənə,
Dərdi rəva gördün mənə.
Müjdə gətir bu xoş günə,
Mən sənə dərdimdən baxdım.
Sevinci qoydum qırağa,
Arzular gəlmir darağa.
Qoymadım gözdən uzağa,
Mən sənə dərdimdən baxdım.
Vaxt yox dərdi ovutmağa,
Nə də sərib qurutmağa.
Gedib ilişib budağa,
Mən sənə dərdimdən baxdım.
Dərdin çəkən mənəm, mənəm,
Nə bu günəm, nə də dünən.
Arzusunu didib yeyən,
Mən sənə dərdimdən baxdım.
Düşmüşəm səndən qırağa,
Saldın borana, sazağa.
Nə var dərdimdən uzağa,
Mən sənə dərdimdən baxdım.