Lilpar Cəmşidqızı : - Görümsün

Gecələr gəlir xəyalın, mənə birtəhər görünsün,
Yatıram gözümdə həsrət, oyanım səhər görünsün.
Bilirəm, sevən bir aşiq, bu qədər vəfasız olmaz,
Qışı yaz edək, əzizim, yayı bar-bəhər görünsün.
Elə pilləkan qoyubsan, ucalıb səmayə eşqim,
Gecəmiz olanda aydın, gəlirəm, şəhər görünsün.
Uzadım, əlim telindən, dəni bircə-bircə dərsin,
Gözümün içində vüslət, durulum, Xəzər görünsün.
Ürəyimdən intizarım, çəkilib, gedib haçandır,
Yenə vurhavurdu, qəlbim, döyünür, zəfər görünsün.
Nə gözəl xəyalın, ey yar, məni bəxtiyar edibdir,
Bu sevinci məndən alsan, çəkilər kədər görünsün.
Tökülür yuxum gözümdən, yapışanda xatirəndən,
Çalışır duranda Lilpar, yenə bəxtəvər görünsün.