Kəramət : - Ya da ki...

Ədəbiyyat 08:21 / 12.02.2024 Baxış sayı: 1086

***

Kəbəyə getmərəm, Kərbəlaya da

Sənin ayağına gəlmişəm, zalım

öldür gülə-gülə halalın olsun

Görmürsən? Min dəfə ölmüşəm, zalım

 

Tikan dərməyim var gülün yerinə

odda gəzməyim var..ayağı yalın

itimi öpərəm sənin yerinə

yalanmış...yalanmış..hamısı yalan

 

demə xəzəl çağı, sevda yaşımı

demə onun feili, bunun işimi

minbir günahım var, birini də yaz

Ya da ki əfv elə qoca kişini