Kəramət : - REKLAMIN DA REKLAMI OLURMUŞ

YAZARLAR 15:36 / 31.03.2023 Baxış sayı: 1427

 

KEYFİYYƏTİN reklama ehtiyacı olmaz, çünki keyfiyyət özü reklamdır.

KeyfiyyətsiziN reklama ehtiyacı olur.

Bazara aparılan qüsurlu atları satmaq üçün dəllal tutulardı, ona haqq ödənərdi atın babat qiymətə satıldığı təqdirdə. Reklam şirkətləri də belə bir şeydi. Şükürlüydü ki, nəsə var, olanın üstünə bina edilən tərif vardı. İndi təkcə reklam var; bir yazıçının, əşyanın, siyasinin üstündən reklamı qaldırsan heç nə tapmazsan.

Adam elə reklamdan ibarətmiş.

Mənsəb də bir reklamdı, mükafatlar, fəxri-fəxrsiz adlar da, vəzifəsini itirən kimi adam özü də buxarlanır elə bil.

Adam özünü bu qədər şəkilləməz, poz-lamaz, reklamlamaz, düşər-düşməzi olur. Bir şeyin ki, adı "reklam" ola...onun pisi-yaxşısı yoxdur, axı özünü olmayan üzərində bina edib...

..bir sözlə, reklamlar dövrünü yaşayırıq.