Kəramət : - PIÇILTIDAN O YANA

Əbülfət Mədətoğluna
Sükutla pıçıltı arasında
xəzəl dolu xışıltılı kücədə
yopyorğun addımlarla
hara gedirsən belə?
bir kölgə, bir ruh kimi
gecənin ləpədöyənində
vaxtın nimdaş paltarı əynində
neçə pud dərd asılıb
göz qapaqlarının çiynindən
salam veriləsi əl qaldımı, de görüm.
de görüm, gediləsi yol qaldımı,
sükütla pıçıltı arasındakı dünya sakini
oralarda nə var-nə yox.
bütün arzuların sürət qatarına
gecikməkmi bu
isdivaya çəkilməkmi bu?