Kəramət : - HƏRDƏN BAŞINI QALDIRIB ULDUZLARA DA BAX

Gündəm 07:47 / 20.06.2024 Baxış sayı: 1542

 

Adamlar biri-birinin həyatına, həyətinə, yorğanının altına burnunu soxub kəsafət iyi almaqla ömür keçirir. Özüycə də yaşayır.

Ömrünü başqalarında qüsur aramaqla, bir yara yeri tapmaqla manyakcasına "qidalandırır". Ya ətrafa nümayiş etdirmək ki, tank kimi maşınım, 5-10 evim və s. var, amma bütün bu şata-patın, vur-çatlasının, "qonşu bağrı çatlatmaq meşşanlığının" içində həyat əlaməti belə yoxdur.

Nə zaman başını qaldırıb ulduzlara baxdığı, ürəkdən gülüb-ağladığı da yox, təmənnalı münasibətlərin ürəkbulandırıcı boğuculuğu içində biri-birinə qənim kəsilməklə odu sonən gözlərin vəhşi ehtiraslarının doymaq bilməz bayquşluğu...

.....əlinə silah alıb öldürmək şərafəti-cəsarəti də yox, sinsicə biri-birinin ayağının altını qazımaqla, ağlına gəlməyən xurnazlıq....

"Adam belə etməz" tezini hər gün çürüdən davranış biçimsizliyi...heç də tündləşdirmirəm, bunun adına "ziyalı" deyilən zümrəsi bu gündəsə...yenə lap yuxarılarda, ən aşağılarda saf münasibət tapa bilərsən....

Yuxarıyla Aşağı arasındakı mənəvi körpü çürüyüb, təmirə də yaramaz və bu çürümədə ziyalı, dinçi-millətçi alverçi ORTAnın xidmətləri çoxdu, mənfi işarəli.

"Adamlar" dedim e...mən bilmirəm şotland, ingilis necə baxır? Həyatım bu bizim adamxanada keçdi; SEVGİSİNİN DƏ BİRİ-BİRİNƏ NİFRƏTİN ÜRÜNÜ OLDUĞU YERDƏ.

A. Kamyu deyirdi ki, adamların nədən və necə öldüyünə fikir ver, onda bilərsən ki, həmin ölkədə insanlar necə yaşayıblar.

Mənəvi və fiziki aclıq var, ac bir qurd dişini qıcayıb içimizdə, məqam gözləyir....

Üsyan edirdi böyük rəssam-düşünür-İNSAN:..QADIN :

-Dünyanın nə düşündüyü si...mə də deyil. Sizin gözünüzdə "qəhbə" doğuldum, rəssam doğuldum, işlənilmiş biriyəm. Hə, sonra, sənə nə girib-çıxar, axı?. Amma öz ömür yolumda mutluydum. Mənim nə olduğumu anlamadın. MƏN EŞQƏM.. Zövq mənim, öz mənim, sarsağam, əyyaşam, əzimliyəm. Beləyəm; sadəceə mən ... Sən isə bir p..san.

Frida Kahlo