Kəramət : - ƏDƏBİ CƏHƏNNƏMDƏN QAÇIŞ,..

YAZARLAR 09:39 / 27.05.2024 Baxış sayı: 1512

Hamı DAHİsə, anormallıq var.

ƏDƏBİ CƏHƏNNƏMDƏN QAÇIŞ,

".....BALACASAN, ÇOX BALACASAN".

İnsan özünü, ətrafını, ölkəsini, dünyanı sorğulayaraq böyüyür, öz cənnətini yaradır.,ya da qatqısı olar nəyəsə. Yoxsa, bataqlıq ədəbi mühitin dərinliyinə şüarlarla, tədbirlərlə, şəkillərlə, saysız-hesabsız təltifnamələr, mükafatlar, adlar və s. meşşanlıqla gömülmə baş verir...özün-özünlə, ətrafınla müzakirə belə edəməzsən, hamı "dahi" olduğu yerdə istedada, normal bədi düşüncəyə yer yoxdur.

. Rəsmən olmasa da ədəbiyyatda MÜZAKİRƏ illərdi feilən yasaq,,(Müzakirə eyni fikirlərin xor kopellası deyil, fərqli-rəngli düşüncələrin biri-birini bəslədiyi təkanverii məkandır)...

...Yazarbaşı *(lap Türkmənbaşı-na oxşadı) bəzi yazıçıların çapına da yasaq qoyub zir-zibil yayımlarında...nə qədər gerizəkalı olmalısan ki...indiki dünyada belə ortaçağ diktatorluğuna yuvarlanasan, hələ bu zadın başıdı. -Keç getsin, ölülərə, keçmişə ilişib qalma,-pıçıldayıram öz=özümə.

" Şərq boyda xarabada"n (Əli Kərim )-kim yaratdı, hansı amillər?

Türkiyədə sorğu keçirilib: HƏR 4 GƏNCDƏN 3-Ü ARZULARINI XARİCDƏ ARAYIR, NECƏ DEYƏRLƏR "BABULLARI HAZIR".

İllər öncə , it ilində İran futbol üzrə dünya çempionatında iştirak şansı qazanır. Əziz Nesindən soruşurlar ki, səncə İran neçənci yeri tutar? Futbola o qədər də marağı olmayan YAZIÇI soruşur ki, orda neçə komanda yarışır. Cavab verirlər ki, məsala 11 komanda..

-Uzaqbaşı 12-ci yeri tutar.

.....düşünürəm ki, məsələn, bizdə gənclər üzrə sorğu keçirilsə ki, arzalarını harda reallaşdıra bilərsən?

Mən də ƏzizNesinvari cavab verirəm ki, hər 10 gəncdən 11-i xarici nişan verər.

YERİ GƏLMİŞKƏN, BİZLƏR NİYƏ XARİCDƏ ÖZÜMÜZÜ TƏSDİQ EDƏ BİLMİRİK XARİCİ ƏDƏBİ ALƏMDƏ? Gənclər, xüsusilə..Özbəkistan, Türkiyə xaric deyil və Türkiyənin ədəbi elitasının qəbul edib-etməməsi var və indiki dünya ədəbiyyatıyla iç-içədir, ən azından canatımdadır. Nə isə, başqa söhbətdi.

Əsasən də, istər TC-də, istər bizdə DÜŞÜNCƏ sahibləri öz ölkələrindəki ləyaqətsizlikdən, ədalətsizlikdən, arzularını gerçəkləşdirə bilmək üçün doğulduğu məkanda zəmin görə bilmirlər, sabahlarını götürüb gedirlər. Qalanlar da "mama uşaqları", düşüncəsiz harınlar, nepotizmdən bəslənən əmöblər, gənclik vəsfini də itirmişlərdi-dünyadan, həyatdan bixəbərlər.

MÜŞAHİDƏ; TÜRKİYƏDƏ ƏHALİ DƏHŞƏTLİ BİR GƏRGİNLİK İÇİNDƏDİR. Hamı biri-birini təhqir edir..Ona görə ki, başçı-rəis ona səs verməyənləri dinsiz-terrorist, xain və s. adlandırır, "KİNdar" adamlar yetişdirir. Adamlar biri-birini heç nədən öldürə bilir; Məsələn, maşını niyə belə saxladın, mənə niyə belə baxdın?

Bizdə isə adamlar yazıq və misgindi, o qədər təhqir olunublar ki, məqam düşüncə hamı biri-birindən "Təhqir Hayıfı" alır.

"Kəndim, balacasan, çox balacasan",-yazırdı Məmməd Araz , indi isə, nəinki balaca-böyük ərazilər-sərhədli VƏTƏNlər, DÜNya da çox balacadı.

Gördüyümüzün yanında, ətrafında "N" qədər görünməyən var, yaşadığımız dünya kainatın-yaranışın, qalaktikaların MƏRKƏZİ deyil.

Yeni dünyanın siqnallarını, addım səslərini eşitmirsinizmi?

Mən, hətta, görürəm də.