Kəramət : - "BİR DƏ MƏNİ MƏNDƏN DİNLƏ",

YAZARLAR 08:55 / 08.07.2024 Baxış sayı: 2823

"BİR DƏ MƏNİ MƏNDƏN DİNLƏ",

...deyirdi Usta şair. Bir adam haqqında 100 nəfərdən dinlə-soruş...bütün söylənənlərin yalan, birtərəfli, ən azından yanlış yerdən və məqamdan baxıldığını görərsən...Hələ..Hələ ONU özündən dinlə...yetərmi? Yetməz!.

Əyarını bilmək üçün özün MEYAR olmalısan...

Bütn gözəlliklərin, sevdaların , ayrılıqların...bütövlükdə simfoniyanın səsciklərin öz musiqisi var, DÜNYANI BÖYÜK BİR ORGESTR KİMİ DÜŞÜN...

Şagirdkən saatlarca üzü göylərə uzandığım çəmənlikdə Ölüm-Həyat haqqında düşünərdim...

Cığallığım ondaydı ki, NİYƏ HAMI EYNİ HADİSƏYƏ EYNİGÜN SEVİNMƏLİ VƏ YA ƏKSİ...hamının acığına Bir May günü kədərlənirdim, parada da ona görə gedərdim ki, sonra gedib meşədə şagird dostlarımla araq içib vəhşicə hayqıracağam və ağaclar pıçıldaşacaq , səsimə səs verəcəkdi....

...Heç nə..elə onu deyirdim ki, hər kəs bir musiqi, notdu.

Sadəcə.."Bir də məni məndən dinlə"...

1977-ci ildə 19 yaşlı tələbənin "Azərbaycan gəncləri" qəzetində bir şeiri çap olunmuşdu;

Eşqinlə ulduza, günəşə tənəm

Dünyaya bir dünya nur çiləmişəm.

Bəlkə məhəbbətin Kolumbu mənəm

Sənintək dünyanı kəşf eləmişəm..

...eləcə yadıma düşdü, xeyli güldüm özümə, yaman pafosik, patetikdi...

Səssiz , hay-küysüz sevdalar..sükutun səssizliyinin şərqisi.