İSMAYIL İMANZADƏ : - ÖZÜNƏ ƏL AÇ, BACIM ...

Ədəbiyyat 20:53 / 03.10.2023 Baxış sayı: 8434

 

(“Görən bizim axırımız noolacaq”-deyən yaşlı bir qadına)

 

Yalqız qalsam da hərdən,

Ümidim bir ovuc dən...

Axı, necə tapım mən,

Dərdinə əlac, bacım!

 

Haqq soraqlı bəndəyəm,

Sünbüldəyəm, dəndəyəm.

Özüm də sən gündəyəm,

Nə toxam, nə ac, bacım!

 

Halıdılar izimdən,

“Zəhər” yağmır üzümdən...

Yayınmayıb gözümdən,

Heç vaxt ehtiyac, bacım!..

 

Titrəyib əsəs-əsə,

Gəzmə zülmətdə nəsə...

Umud olma heç kəsə,

Özünə əl aç, bacım!

 

02.10.2023