Hikmət Hacıyev media nümayəndələrini təbrik etdi

Gündəm 09:28 / 22.07.2024 Baxış sayı: 2051

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

Yenises.az  xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"22 İyul - Milli Mətbuat Günü münasibətilə bütün həmkarları təbrik edirəm. 149-cu ildönümünü qeyd edən milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib", - Prezident köməkçisi qeyd edib.