Hakan Fidandan mühüm açıqlama: “Bəzi Qərb dövlətlərinin mövqeyi Türkiyəni qane etmir"

SİYASƏT 13:45 / 06.07.2024 Baxış sayı: 1951

 

"Bir sıra Qərb dövlətlərinin Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı mövqeyi Türkiyəni qane etmir".

 

Yenises.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən qeyri-rəsmi toplantısında çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

 

Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına toxunan qardaş ölkənin baş diplomatı bildirib:

 

“Böyük ümidimiz var ki, Azərbaycan və Ermənistan arasında mövcud danışıqlar prosesi tezliklə sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Bəzi Qərb ölkələrinin açıq şəkildə Ermənistanı dəstəkləyən, Azərbaycanın narahatlığını gözardı edən balanssız münasibəti bizi qane etmir. Bir daha vurğulamaq istəyirəm ki, türk dünyası olaraq bu prosesin uğurla başa çatması üçün qardaş Azərbaycana bundan sonra da hərtərəfli dəstək verməliyik”.