Ehtiram İlham :- Dağ çəkməyə dağlar gəzir...

Ədəbiyyat 09:25 / 15.06.2025 Baxış sayı: 1741

*****

Dağ çəkməyə dağlar gəzir,

Fələk oğlu fələkdi bu.

İstəyi gözündə qalan

Dilək oğlu diləkdi bu.

 

Dünyacan sevgisi vardı,

Qara sevdasına yardı.

Gözüylə hər şeyi gördü...

Köpək oğlu köpəkdi bu.

 

Nə qazandı, halal gördü,

Bu ömrü yaşamaq bildi.

Tikəsini yarı böldü,

Çörək oğlu çörəkdi bu.

 

Canını odlara yaxdı,

Ehtirama bu da çoxdu.

Başqa heçcə nəyi yoxdu...

Ürək oğlu ürəkdi bu?..

14.06.25.