Əbülfət Mədətoğlu : - Gəncliyimdən BİR PIÇILTI...
Titrəyir dodaqları
Qızılgül ləçəyi tək...
Alışan ürəyimin -
Közün ,o dodaqdan çək!
Danışan baxışları
Ruhumu edir lək -lək!..
Daddıqca baxış barı -
Gözünü, gözümə çək!..
Qızaran yanaqları
Oyadır dəli istək...
Qaçırma bu anları -
Üzdə , dodaq izi ək!..
Bu xəyalı nağıl tək
pıçılda öz -özünə...
Pıçıltından şəkil çək -
Yar görünsün gözünə!