Əbülfət Mədətoğlu : - Diz çökdüyüm İŞIQ

Çəkildiyim qaranlıq
Sükutuma bələkdi.
Gecə , sanki üzümə -
Mən tutduğum ələkdi!
Ulduzlardan yayınıb,
Daldalandım Aydan da!..
Həsrətə borcum qaldı -
Başa çatan aydan da!..
Günahımı qaşığa
Qoyub baxdım , sıxıldım...
Sevgimdəki işığa -
Dizi üstə yıxıldım!..