Əbülfət Mədətoğlu : - Bu gecəki nağılı...

Ədəbiyyat 09:04 / 29.11.2023 Baxış sayı: 2353

 

 

 

Yenə qəlbə gecənin

Pıçıltısın köçürtdüm...

Ürəyindən keçəni-

Köynəyimdən keçirtdim...

 

Ulduzların çələngin

Üzük etdim ruhuma...

Görüşməyə gələydin -

Kaş bu gecə yuxuma...

 

Ayın üzündəki xal

Qoynundakın andırdı...

Öpüşümdən olub lal -

Dodağımı yandırdı!..

 

Bu gecəki nağılı

"Biri var"-dı bitirdim...

Ürəyi, həm ağılı -

"Biri yoxdu" - itirdim...