Əbülfət Mədətoğlu : - Bir ŞƏKİLƏ etirafım
Gecikmiş məktub kimiyəm -
Oxunmuram...
Qəm didib yeyir içimi -
Toxunmuram...
Yorulmuş atın tərkin
Buraxmır, ömür sərgin!
Mən ,istədiyin hər gün -
Doğulmuram!
Bu sirr yad deyil dilə,
Deyim bil, bilə -bilə
Asırsan saçın ilə -
Boğulmuram...
Sınasan da hər necə,
Qoşulmuram hər köçə!
Kölgə deyiləm , gecə -
Yox olmuram!..