Əbülfət Mədətoğlu : - Arxasında...

Ədəbiyyat 09:24 / 05.12.2023 Baxış sayı: 2480

 

Gecəni üzümə tutdum -

Gizlətdi Ay, arxasında...

Payız olduğun unutdum -

Söykəkdi yay, arxasında!..

 

İşlədib köhnə kələkdən,

Yaxamı aldım küləkdən!

Sirrim yoxdu ki, mələkdən -

Vəd durur pay arxasında!

 

Baxmadan günə, nə vaxta

Əl açdım , İlahi taxta!

Gülüm, şəriksən bu baxta -

Nə olsa tay, arxasında!..