COP29 zamanı Bakıda maşın sürmək qadağan ediləcək?

MƏMLƏKƏT 15:20 / 13.10.2024 Baxış sayı: 1225

11-24 noyabr tarixlərində Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Sözgügedən zaman kəsiyində tədbirlə əlaqədar, paytaxtda təxminən 90-100 min qonağın olacağı nəzərdə tutulur. 

Bununla əlaqədar paytaxtın bəzi yollarında və ərazilərində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ehtimal edilir. Bir çoxları tədbir ərzində şəxsi avtomobillərlə Bakıya giriş-çıxışın da məhdudlaşdırılacağını düşünür. Bəs görəsən, sözügedən fikirlər doğrudurmu? 

Yenises.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, COP29 zamanı paytaxtın bir sıra küçələri müvəqqəti olaraq bağlanacaq:  kapital bank vakansiya

"COP29 tədbiri zamanı Bakının bir sıra küçələri müvəqqəti olaraq bağlanacaq. Çünki həmin küçələrdə əsasən, nəqliyyat şəbəkələri, xablar yaradılacaq. Bu ərazilər daha çox tədbir iştirakçılarının cəmləşdiyi yataqxanalara, yaşayış obyektlərinə yaxın olan yerlərdir. Təbiik ki, bu küçələr bağlandıqda, avtomobillərin hərəkəti də məhdudlaşdırılacaq". 

Ekspert qeyd edib ki, paytaxtda giriş-çıxışlara isə məhdudiyyət tətbiq edilməyəcək: 

"Bununla yanaşı, COP29-da nəqliyyatın hərəkətini sərbəst etmək üçün bildiyiniz kimi, xüsusi zolaqlar yaradılıb. Həmin zolaqlarla iştirakçıları daşıyan ekspress avtobuslar və digər nəqliyyat vasitələri hərəkət edəcək. Eyni zamanda tədbirlə bağlı qeydiyyatdan keçmiş yerli vətəndaşlar da həmin zolaqdan istifadə edə biləcəklər. Şəhərin mərkəzi küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər. Amma bu o demək deyil ki, Bakı şəhərin giriş-çıxışlarına minik avtomobillərinin hərəkətinə məhdudiyyət olsun".