BİR ŞEİRİN HEKAYƏSİ-ni  yazdı Şakir  Xanhüseyn  

Ədəbiyyat 15:00 / 06.03.2025 Baxış sayı: 1843

 

Onu ilk gördüyümdə xeyli dalğın,

özünü unutmuş kimiydi, sanki üzünü-

üzüntüsünü- hamıdan gizlətmək

istəyirdi, sanki üzü- üzüntüsü- nəsə

danışacaqdı, sirrini faş edəcəkdi,

eləcə əlləri belində, başı sinəsində,

fikri, allah bilir, haralarda...

Mənsə

eşidilməz bir səs eşidirdim,

nəfəs eşidirdim, söz eşidirdim,

bir şeir idi, hə:

Bax, üz qırışımdan yol edir sellər,

duman yan-yörəmi görünməz etmiş...

Acımaz olurmuş qədər

nə qədər,

hər şeyin əvvəli sonuna yetmiş...

Havada yellədir ümid əlini,

hərə bir iş görür gizlində aşkar...

Elə bil sovurur göyə külümü,

evimin içində bir dəli rüzgar...

Dərdli bir iz qalır keçən hər gündən,

İKİ göz artıqmış iki çeşmədən...

Kiməsə nəyisə anladanda mən

başıyla hə deyir başa düşmədən...

Yorğun düşüncələr, heysiz fikirlər

daha qovalayır bir-birlərini...

Bilməzsən kim kimdi, xeyir ilə şər

tez-tez dəyişirlər öz yerlərini...

Onu hiss etdim ki...bir də

mənim nə hiss etməyimin elə bir önəmi

yox indi, sadəcə, Onu hiss etmək, Onu;

O, eh... Mən...

Amma birdən

nə isə qırıldi elə bil, sındı köksünün altında;

O daha yoxdu,

Allah, sən qoru...

Şəkil ola bilər