Bəhram Bilaloğlu:- ŞEİRLƏR

Nəfsə əyilmə
Nəfsinə əyilmə,sındırar səni
Artırar ürəkdə nisgili,qəmi
Təkəbbür edənin olmaz ki məni
Çalış sadə olsun,dostun,tanışın.
Kimlər-tanımadı,sadəlövh oldu
Nankor adamlar da dərdlərə saldı
Dünyanın varından, kimə nə qaldı?!
Savadsız adama bundan danışın.
İstərəm : dostlarım imanlı olsun
Axsın imanından,qəlbimə dolsun
Həqiqət hər zaman qoy zəfər çalsın
Yayın toxumunu,dözün, savaşın.
Təqvaya ucalmaq arzusun etdim
Axtardım yolunu, düzünə getdim
Taqətim qalmadı,sonunda bitdim
Allahı tanıdın,ona qovuşdun.
Saat əqrəbi
Saat əqrəbindən soruşdum indi,
Gələcək nə verir,deyə bilərsən?
Qayıt desəm əgər,irəli getmə,
Məni keçmişindən,söylə, silərsən?!
Ya önə gedərsən,ya dayanarsan,
Xəyala dalarsan, bikef olarsan.
Kaşkilər çox olar,fikirlərində,
Qayıdar,yenə də məndə qalarsan.
Məqsədim qaçmaqdır,yorğun qaçıram,
Axır mənzilimə yaxınlaşıram.
Ömrüm də gül açır,tez solur ancaq,
Çatanda ölümə baxın aşıram.
Yıxa bilmir nəfsim,güc verir yıxsın,
Sözüm qüvvətlidir,nəfs ona məhkum.
Saxlayın ömürdən,yadigar qalsın,
Bəhramın gücüdür, bax olsun məlun.
Paxıl adam!
Kimsə yıxmaz,qəfil səni,
Paxıl olan,paxıl adam.
İçində bir ocaq yanar,
Boğar tüstü,gələr zaman.
Sevin dostun uğuruna,
Yaşa həzz al,doğru yaşa.
Nanəcibə fikir vermə,
Yaxşılıqla,çıx sən başa.
Genlər də gen düşüb indi,
Çıxır, yetmir öz geninə.
Şərəfsizə çörək versən,
Çıxacaqdır öz məninə.
Haqqı tanı,haqq Allahdır,
Əvvəl axır,yol onadır.
Yoğurduğu bətinə bax,
Yetişdiyi, yer Anadır.
İntizar
Səmaya dikilib gözlərim Allah,
Qara buludlar da yaman ağlayır.
Dözmür intizara neçə ürək də,
Ağrıdan,acıdan qubar bağlayır.
Yumşaltmır qəlbləri bir damcı yaş da,
Dərdlərin üstünə ancaq dərd gəlir.
Haqsız adamların əməllərindən,
İlahi,içimdə neçə can ölür.
Bitsin müharibə,açılsın sərhəd,
Yaşasın firavan uşaq,böyüklər.
Şairin ən gözəl xoş arzusudur,
Nakam böyüməsin bizdən kiçiklər.
Qayğısız dəniz
Dənizəm, coşuram özüm içimdə,
Dalğalar göstərir, məharətini.
Seyrimə çıxanlar nə bilir axı,
Qayğısız dənizin, mahiyyətini.
Qağayı əl çəkmir,sahildən baxır,
Əsən küləklərdən yaman yan qaçır.
Boylanır dənizə,nələr danışır,
Bezara gəlibdir,sirrini açır.
Bəzən susqun olur,könül oxşayır,
Suyunun rəngindən, adam doymayır.
Ömrünü dəryaya,həsr edənlərin,
Baxın, dərya qədər ömrü olmayır.
Eynən bu dünyada belə yaranıb,
Adamlar yaşayır doymadan gedir.
Nəhəng balinalar okeanlar da,
Quruya çıxaraq intihar edir.
Bir ovuc sevgi
Bir ovuc sevgi ver,əgər vardısa,
Bacarsan ağlama, yanımda mənim.
Verilən ömrümün bu gənc yaşında,
Axı,hardan oldun, sən mənə qənim.
Həyat səhnəsində yer tutan nisgil,
Ağladır gözləri,kövrək bir qəlbi.
Neçə-neçə insan,kədərə ortaq,
Sındırmaq istəyib,nisgil, qəlibi.
Bu yolun karvanı,iz salıb gedib,
İzinə düşərək yorğun gedirik.
Onlar nə tökübsə,həyat yolunda,
Zaman dəyişsə də təbliğ edirik.
Onların qanıdır,axır dövr edir,
Sevgilər,nifrətlər süzülür gəlir.
Axtarma dünyada cəhaləti sən,
İnsan özü belə nifrətdən ölür.