Arzu Hüseyn : - Sən özün də mənə gerçək olmadın.

Səndən sonra nə yaşandı, yalandı.
Sən özün də mənə gerçək olmadın.
Tez oyatdın, tez ayıldım — halaldı,
Həyatımda belə gerçək olmadı.
Yandırmağa nə ürək var, nə can var,
Bircə ovuc küləm, daha nə dərdin?
Mənim üçün sən həmin o son bahar,
Mənim üçün əzəl gündən kədərdin.
Səndən sonra olmadı ki bir ilkim,
Baş tutdumu gözlərində edamım?
Həyat elə qəliz düstur deyil ki —
Gah yaşarsan, gah ölərsən, adamım.