Alasgar Taliboglu  : - Deyəsən mən səni çoxdan sevirəm

Ədəbiyyat 19:47 / 06.12.2023 Baxış sayı: 2418

 

 

Deyəsən mən sənə çox bağlanmışam,

Deyəsən mən səni çoxfan sevirəm.

Könlümdə könlünə yurd ayırmışam,

Deyəsən mən elə haqdan sevirəm...

 

Hayana gedirəm gözümdə sənsən,

Tutuşan odunda, közümdə sənsən.

Ləpirimdə sənsən,izimdə sənsən,

Köksumə saplanan oxdan sevirəm

 

Duyuram nə qədər yaxın olmağı,

Qəlbimdən qəlbinə axın olmağı...

Gecələr ən şirin yuxun olmağı,

Həm vardan sevirəm, yoxdan sevirəm.

 

Desəm ki,eşqindən açmışam qanad,

O mavi göylərdə daşımışam qanad.

Bir kərə üzümə gülərmi həyat,

Səni qaldırdığım taxtdan sevirəm.

 

Talıboğlu deyər Ayımsan, gülüm,

Çağlayan bulağım, çayımsan gülüm...

Tanrıdan ən gözəl payımdan,gülüm,

Gördüyüm o ilkin vaxtdan sevirəm.

 

04.12.2023.

 

Paylaş