Aida Adıgözəl yazır : -Humanizmin  dərəcəsi  lap hədsiz oldu!..

YAZARLAR 10:27 / 03.10.2023 Baxış sayı: 5028

 

Bəzi, hətta alimlərin! yazdıqları post və rəyləri etibarilə başqa alimlərə! lağ edərək xəstə qoca ermənilərə humanist yanaşmamızın tərəfdarı olduqlarını görürəm...

Humanizm, NOWAR...

Unutmayın, Azərbaycan heç kimin ölkəsini işğal etməmişdi, əksinə işğala məruz qalmışdı!..

Siyasətçi olmadığımdan gündəmə siyasi terminlərdən və politik manevrlərdən uzaq baxaraq vətəndaş dilində düşündüklərimi yazacağam.

O qoca xəstə tülkülər niyə sərhəddi keçərkən rola girirlər? Erməni xislətini qoyuram bir kənara, onlar illərdir bizim zəif damarımızı bizdən də gözəl öyrəniblər. Bilirlər ki müsəlmançılıq, din, Quran həssas tərəfimizdi, bizim milləti bunun üstündən manipulyasiya etmək çox qısa və rahat yoldur, bacarırlar da...

Bilirlər ki, Azərbaycan kişiləri gözəl qadınları sevirlər, qadın zəif yerləridir, gözəl ehtiraslı qadın gördülər bütün şəhvətləri oyanar hər şeyi unudarlar. Keçmişdə də indi də əcnəbi, əsasən də xristian qadınlarını məclislərinin çəngisi etmək, başına pul səpib oynatmaq, əlinə pul vermək, döşünün arasına, göbəyinə pul basmaq kimi şakərimiz var. Gördüyünüz kimi gömrükdə çəkilən kadrlarda ermənilərin öz dilində bunun təsdiqləri var.

Dilimizi bilmələri... bəziləri bunu illərdir birgə yaşamışlığımızdan yarandığını iddia edirlər...

Deyil! Heç də elə deyil! Arxivlərdən köhnə videolar çıxdıqca DTX diqqətlə araşdırsın, əminəm ki keçmiş əsir düşmüş döyüşçülər və mülki əhali bu potensial cinayətkarların sifətlərini yaxşı xatırlayırlar. Bəzən hətta düşünürəm ki, keçmiş döyüşçülər kökü bu günəcən çatan o vaxtkı bütün satqınlıqların mabədi haqqında çox şey bilir və nədənsə susurlar...

O dil bilən ermənilər 99% agentdirlər, bu illər ərzində Azərbaycanın hər yerinə girib çıxıblar da, hətta aramızda bilərəkdən və ya bilməyərəkdən dostları da olub! Bu keçən 30 ildə hər ölən mülki vətəndaşımızın, əsgərimizin ölümündə mütləq ki əlləri vardır. Məsum rolunda müsahibə verirlər, sərhəddi keçən kimi bunu onlara işgəncə müqabilində etdirdiklərimizi söyləyirlər...

Dilimizi qarnımıza qoyaraq dişimizi dişimizə sıxaraq onların 30 ildə bizə etdikləri QƏHBƏLİKLƏRİ onlara qarşı etmədən, qaytarmadan seyrçi halında sərhəddi qansız-qadasız, gülə-gülə keçmələrinə yana-yana baxırıq... çünki əskimiz tüstülüdür! Biz əksini onlara etsək ölkə olaraq hansı beynəlxalq qadağalara məruz qalarıq təsəvvür etmək mümkünsüz! Və bir səhvimizi, büdrəməmizi gözləyir leşə tökülən qarğa-quzğunlar...

Susuruq və xalq olaraq artıq işi siyasi tərəfinə buraxırıq. Xalq - millət, əsgər, döyüşçü olaraq yaralı, şikəst qalmaqla canıyla, şəhidliyi ilə əsir düşən torpağın bütövlüyünün bədəlini ödədi.

Buyurun CƏNAB DÖVLƏT, ölkənin siyasi taleyini xalq sizə buraxır, bizim görəvimiz bitdi!