Ağaevli Əli Hacı : - DUA

İlahi ! Bir sevinc ver,
Kədərimə yavanlıq !
Gün-güzəran verginən,
Qədərimə yavanlıq !
Ver göylərin yağışın,
Torpağına yavanlıq !
Kötüyün su içməsin,
Budağına yavanlıq !
Eçqini ver götürüm,
Yollarıma yavanlıq !
Yar yükünü bol elə,
Qollarıma yavanlıq !
Açarsız qoy qapımı,
Əllərimə yavanlıq !
Səd qoy,yersiz sözlərə
Dillərimə yavanlıq !
Fəsillərin geyimin,
Ver əynimə yavanlıq !
Yerin boş görünməsin,
Gir eynimə yavanlıq !
İlahi ! Bir sevinc ver,
Kədərimə yavanlıq !
Gün-güzəran verginən,
Qədərimə yavanlıq !