Adilə Nəzər : -  Azərbaycan əsgərinə

Ədəbiyyat 11:53 / 28.09.2022 Baxış sayı: 13807

 

Ey adlı qəhrəman, adsız qəhrəman,

Qarşında yağılar diz çöküb titrər.

Şükr, sən tərəfə dolandı dövran,

Daha nə itirsə düşmən itirər.

 

Gözünü yummadın soyuq səngərdə,

Gecələr bizim də yuxumuz azdı.

Sən ey fateh oğul, sən ey sərkərdə,

Şəninə min dastan yazılsa azdı.

 

Haqq idi bayrağa içdiyin andın,

Min illik yolları qət etdin, əsgər.

Yeni tarix yazdın – zəfər qazandın,

Şuşa qalasını fəth etdin, əsgər.

 

Başın uca olsun, ay gözüm, canım,

Vüsala yetişdi könül sevdası.

Sayəndə güləcək Azərbaycanım,

Gəldi Qarabağın o xoş sədası.

 2020