Adilə Nəzər : - Adı ədalət daşıyan,

Ədəbiyyat 19:43 / 11.07.2025 Baxış sayı: 1198

Adı ədalət daşıyan,

Ömrü addan atmadınmı?

Üfüqdəki o ulduza

Çox süründün, çatmadınmı?

 

Boğuldunmu öz adında?

Oyunların girdabında.

Tora düşüb eşq odunda

Ömrü heçə satmadınmı?

 

Sənlə fələyin qəsdi nə?

Baxmadı odsuz tüstünə.

Tikan atdılar üstünə

Yastıq edib yatmadınmı?

 

Tökdülər gözün yaşını,

Yazdılar məzar daşını.

Sənsə bəlalı başını

Sözə, şeirə qatmadınmı?

 

Adilə, dünya bir yalan,

Edib neçə ömrü talan.

Ey adına layiq olan,

Öz əksində batmadınmı?...

 11. 07.2014.