Adil Şirin : - ADA

Ədəbiyyat 11:44 / 03.03.2024 Baxış sayı: 2235

 

Hardasa bir ada var,

Adada bir quru ağac.

Ağacda bir quş yuvasi,

Uçaq, könlüm, qanad aç.

 

Hardasa bir ada var,

Adada bir yalquzaq.

İndi Ay çıxıb orda

Ay yaxin, ada uzaq.

 

Hardasa bir ada var,

Adada bir kor şeytan.

Orda acı rüzgar əsir,

Burda bağrım başı qan.

 

Hardasa bir ada var,

Adada bir bəyaz mələk.

Adaya gedən yolu

Bağlayib zalım fələk...