17 ailə   də Laçına yola salınıb

MƏMLƏKƏT 09:16 / 29.11.2023 Baxış sayı: 1995

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Yenises.az  xəbər verir ki, noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.