Sevinc Qərib : - GÜLÜŞÜNÜ GÖNDƏRDİN

Ədəbiyyat 08:53 / 13.06.2025 Baxış sayı: 908

 

Bu qərib axşamın səssizliyinə

hardansa gülüşün axdı, töküldü...

Evim işıqlandı,

qaranlığın beli büküldü,

könlümün qaşqabağı açıldı,

ruhum qara paltarını soyundu...

Gülüşünün rəqsinə oynadı

dodaqlarım,

çöhrəmdə dövrə vurdu

bir topa təbəssüm...

Xəyalını çağırmamışdım,

eləcə səni düşünmüşdüm.

Xatirələrə cığır açmışdım,

axşamın səssizliyindən

üşənmişdim,

gülüşünü göndərdin...