Kəramət : - GƏNC ŞAİR DOSTUM...

YAZARLAR 07:57 / 16.04.2024 Baxış sayı: 896

GƏNC ŞAİR DOSTUM,

desəm ki, şahlara, prezidentlərə, məmurlara necə yazığım gəlir? Həmişə nəzarət altında, onlar əhalini idarə etmir, o BÖYÜKLƏR kütlənin istəyinə uyğun davranır, bunun adını "vəzifə məhkumluğu" qoyardım. Heç özümü yadına salmadım,.məni tanıdınmı? Ötən dəfəki söhbətimiz yadındam.ı..elə mən də unutmuşam. "Ömür təkadamlıq yoldur"-yazmışam bir şeirimdə, yəqin ki, oxumamısan və düz eləmisən, şeirdən vacib işlər var: həyatı duya-duya yaşamaq, sevgi kimi..

Hə, bu təkadamlıq yol o qədər dar ki, qısa ki..bircə addım. Bax, bu bircə addımda yaşayırıq. Addım atmaq sənə biçilən roldan çıxmaq, sərhəddi keçməkdi. ƏSGƏR KİMİ BİR YERDƏ MIX KİMİ DURMAQDANSA, SƏRXOŞ OLUB SƏRHƏDİ KEÇMƏKDİ YAŞAMAQ.

Gəncsən, şıltaqlığını yaşa, yanılmaq imkanından bəhrələn, sənin təbii haqlarındı. "Ayıbdı", "qeyri-qanunidi", "olmaz"dadı həyat.

Bir də sən bunları düşünərək etmirsən, həyatın axarına buraxırsan özünü, özünə qarşı çıxmırsan.

İkinci kursda ouyurduq, müəllimə mühazirə deyirdi ,35 yaşlarında, həyat dolu. Səsini eşitmirdim, cilvəli hərəkətlərinə, əlini saçlarının dalğalarında "üzdürməsinə", imiri gözlərindən saçan qığılcımlara baxıb gülürdüm. Əslində, gülməklə gülümsəməyin arasındakı haldaydım, həm də bu hərəkətimlə onun diqqətini cəlb eləyir, mühazirədən yayındırırdım. Açıq-aşkar mühazirəni davam etdirə bilmirdi.

--Ey, arxadakı, qıvrımcaç oğlan (mənim də qıvrımcaç günlərim vardı), ayağa qalx, -De görüm niyə qulaq asmırsan? Nəyə gülürsən?

Nə cavab verəcəyimi bilmirəm, nə uydura bilərəm ki? Ayaq üstdə, gülüşümün ahəngini pozmadan O-na baxıram. Bir az da əsəbiləşir,---Nəyə gülürsən, dəlisənmi?

--Səndən xoşum gəlir, ona görə gülürəm,-olanı dedim. Əksəriyyəti qızlardan ibarət auditoriya səs-səsə verib gülüşdü. Nə edəcəyini biməyən müəllimə pörtmüş halda...getdi. Sonra dost olduq...Ən çox tələbə qızların xoşuna gəlmişdi., sonra məni biri-birinə göstərib gülürdülər. Hardan-hara gəldik. İstəyirdim ki, səninlə hisslərin duyğuya çevrilməsindən danışım; hisslər keçici, duyğular qalıcıdı, hissdə zahir var, duyğuda batil, duyğu inkişaf eləmiş hissdir.

50 yaşı var 18-25 yaşın hissləriylə, baxışıyla şeirlər yazır, raxit şeirlər alınır və bu xəstəliyi də normal, sağlammış kimi cəmiyyətə aşılayırlar.

Hər şeyi yerli-yerində olan adamlarda həyat nişanəsi tapa bilməzsən. Ətrafın istəkləri, tələbləri doğrultusunda qurulmuş ömür ancaq "getdim naxıra, gəldim axıra" kimidi.

..bilmirəm, bir az yorğunam bu gün, düşüncələrim yorub, çox düşündüm, düşüncəmin mövcud sərhədlərini pozdum bəzən. Ondandı, yəqin.

Görüşürüz...görüşürüz...bu ifadədən xoşum gəlir.