Ağaevli Əli Hacı : - Mənim də bir günahım var...

Ədəbiyyat 08:59 / 13.06.2025 Baxış sayı: 1008

Mənim də bir günahım var

min günahdan biri olan .

Bəlkə elə bircə mənəm

min günahdan diri olan...

 

Sən-üzükdən qaş apardım,

ev tikməyə daş qopardım !

Quru yerə yaş apardım

yurdu yalan,yeri yalan...!

 

Ocağın oddan savayı

nəyi var ki,de havayı ?!

Özündən çoxdu olayı

özü gedib piri qalan !

 

Qala-qala dərinləşmiş

sözdən keçdi hər işimiz !

Doğma imiş, ögey imiş

ölüm olub sirri qalan !

 

Sən də yalan,mən də yalan

suyum quruyubdu sonam !

Gəl, baş daşımı yonuram

şəkil ver,daşa yonulan !