XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır
MƏMLƏKƏT 11:26 / 20.10.2020

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenises.az-a  məlumat verilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.


4681 oxunub

InvestAZ