XƏBƏR LENTİ
08 May 2021
07 May 2021



DSX-ya zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
MƏMLƏKƏT 11:17 / 20.10.2020
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

Bu barədə Yenises.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib. Döyüş maşınının ön hissəsində və sağ tərəfində "İLHAMLA İRƏLİ!”, sol tərəfində isə "XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.

Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Hazırda mütəxəssislərimiz Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

3314 oxunub

InvestAZ