XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



27 illik həsrətdən yeni ümid doğur - QAZ-69-la Kəlbəcərə qayıtmaq istəyən şəxsdən AÇIQLAMA
MƏMLƏKƏT 11:00 / 20.10.2020

İşğal altındakı torpaqlarımızın azad edilməsi fonunda hər gün vətəndaşlarımızın yeni arzuları, yeni xatirələri ilə bağlı paylaşımlar üzə çıxır.

Kimi indiyədək bir ümidlə saxladığı açarını çıxarır, kimi başqa əşyalarını…

Belə ümid dolu paylaşımlardan biri də Rəşad Alızadənin babasından yadigar qalan maşınlabağlı olub

O, xatirəsi ilə bağlı "Facebook” səhifəsində paylaşım edib.

R.Əlizadəninsözlərinə görə, Kəlbəcərdən qaçqın düşəndə QAZ-69 markalı maşınla çıxıblar:

"Mən və ailəm Kəlbəcərdən bu QAZ-69-la köçkün düşmüşük. Maşın 1961-ci il istehsalıdır. 1993-cu ildən bu günə kimi bir dəfə də olsun mühərriki işə salınmayıb. Açığı, o halda da deyil artıq…

İki il bundan qabaq maşını təmir etdirib, ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı”.

"27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu dördqapılı QAZ-69-u Kəlbəcərə getmək üçün təmirə aparıram.

Mən ömrümün beş ilini Kəlbəcər kimi cənnətdə yaşamışam və o beşilin davamını yaşamağa bu maşınla gedəcəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, maşının indiyədək yürüşü cəmi 67 min kilometrdir.

Bizimlə əlaqə saxlayın


5112 oxunub

InvestAZ