XƏBƏR LENTİ
08 May 2021
07 May 2021



Bacı-qardaşın cəsədi tapıldı
MƏMLƏKƏT 07:54 / 19.10.2020
Oktyabrın 17-də gecə saatlarında Ermənistan tərəfindən Gəncəyə raket atılması nəticəsində dağıntılar altında qalan uşaqların cəsədləri tapılıb.

Yenisəs.az   AzTV-yə istinadən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq hadisə yerində işlərini başa çatdırıblar. Məlumata görə, bu gün saat 12 radələrində azyaşlı bacı və qardaş - Xəlilli Məryəm və Xəlilli Orxanın cəsədləri dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb


2918 oxunub

InvestAZ